Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Odlar Yurdu Universiteti nazirliyin müvafiq qurumu ilə memorandum imzalayıb

Odlar Yurdu Universiteti nazirliyin müvafiq qurumu ilə memorandum imzalayıb


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” ilə Odlar Yurdu Universiteti (OYU) arasında Anlaşma Memorandumu imzalanıb.

Newscenter.az xəbər verir ki, bu münasibətlə keçirilən görüşdə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və nümayəndə heyəti ilə Universitet rəhbərliyinin məhsuldar fikir mübadiləsi aparılıb.

Görüş zamanı memorandum çərçivəsində ikitərəfli tərəfdaşlığın genişləndirilməsi, elmi-tədqiqat sahəsində birgə əməkdaşlıq, universitet məzunlarının əmək bazarındakı fəaliyyətlərinin izlənilməsi və statistik məlumatların müxtəlif istiqamətlər üzrə təhlili məsələlər müzakirə edilib.



Süleyman
Xəbəri paylaş