Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanın xarici ticarət dövriyyəsində Türkiyə ilk beşlikdə yer alır

Özbəkistanın xarici ticarət dövriyyəsində Türkiyə ilk beşlikdə yer alır



Özbəkistanın xarici ticarət dövriyyəsində Türkiyə ilk beşlikdə yer alıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə ölkənin Statistika Təşkilatı məlumat yayıb.

Bildirilib ki, Özbəkistan dünyanın 183 ölkəsi ilə ticarət əlaqələri saxlayır.

2025-ci ilin yanvar-aprel aylarında Özbəkistanın xarici ticarət dövriyyəsinin nisbətən əhəmiyyətli hissəsi ÇXR, Rusiya, Qazaxıstan, Türkiyə və Koreya ilə qeydə alınıb.

Respublikanın xarici ticarət dövriyyəsində ən yüksək pay 32,7 faiz və ya 8 046,9 milyon ABŞ dolları ilə Daşkənd şəhərinin, 0,8 faiz və ya 208,8 milyon dollarla Qaraqalpaqıstanın payına düşüb.

İxrac strukturunda malların xüsusi çəkisi 78,9 faiz təşkil edib.

Mehman Mehdiyev
Xəbəri paylaş