Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

San Dieqoda təyyarə qəzası, ölənlər var

San Dieqoda təyyarə qəzası, ölənlər var


ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində təyyarə qəzası baş verib.

Newscenter.az TASS-a istinadən bildirir ki, sərnişin yaşayış məntəqəsinə çırpılması nəticəsində bir neçə nəfər həlak olub.

Məlumata görə, həlak olanların hamısı təyyarənin göyərtəsində olub. Təyyarənin göyərtəsində olanların kimliyi və ölənlərin sayı barədə hələlik məlumat yoxdur.

Bundan əvvəl San Dieqonun şimalındakı Merfi Kanyonu bölgəsində kiçik təyyarənin qəzaya uğradığı bildirilirdi. Təyyarə bir neçə evə çırpılıb, aviasiya yanacağı hadisə yerinə dağılıb, 15-ə yaxın ev yanıb. Hadisənin səbəbləri barədə hələ ki, məlumat yoxdur. Associated Press xəbər verir ki, hadisə baş verən zaman San Dieqoda qatı duman olub.

Cavid
Xəbəri paylaş