
Cari ilin ilk 4 ayında Türkiyədən Suriyaya ixrac 669 milyon 661 min dollar olub.
Newscenter.az Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinə (GAİB) istinadən xəbər verir ki, Suriyaya ixrac ilin ilk 4 ayında 36,7 faiz artıb
Ötən ilin yanvar-aprel dövründə Suriyaya 489 milyon 837 min dollar ixrac edildiyi halda, 2025-ci ilin ilk 4 ayında bu rəqəm 669 milyon 661 min dollara yüksəlib.
Aprel ayında ixrac keçən ilin eyni dövrünə görə 57,6 faiz artaraq 162 milyon 109 min dollara çatıb.
Anar Əliyev