
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov rayonun Kövər kəndində ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyətlə tanış olublar.

Newscenter.az xəbər verir ki, görüş zamanı kümçü ilə ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici söhbət aparılıb, Respublikamızda ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin, baramaçılığın inkişafına göstərilən dövlət dəstəyinin regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, eləcə də onların sosial rifahının yüksəldilməsinə xidmət etməsi və bu sahəyə olan marağın xeyli artdığı qeyd olunmuş, tövsiyələr verilib.

Süleyman