
Daşkənddə “Uzbek Jewellery Fair-2025” beynəlxalq sərgisi açılıb.
Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, Özbəkistan Zərgərlik Sənayesi Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə 100-ə yaxın yerli və beynəlxalq şirkət öz imkanlarını nümayiş etdirir.
Sərgi təkcə istehsalçılar və investorlar üçün deyil, həm də incəsənət, moda, texnologiya sahələrində çalışan peşəkarlar üçün mühüm platformadır.
“Uzbek Jewellery Fair-2025” sərgisi Özbəkistanı qlobal zərgərlik bazarında layiqli yerə çıxarmağa, yüksək əlavə dəyərli məhsulların ixracını genişləndirməyə və yeni texnologiyaların tətbiqinə böyük təkan verəcək.
Sərgidə İtaliya, İspaniya, Almaniya, Türkiyə, Azərbaycan və Ermənistan kimi ölkələrin aparıcı istehsalçıları və dünya şöhrətli brendləri iştirak edir. Sərgidə 48 zərgərlik istehsalçısı və 25 avadanlıq və texnologiya provayderi öz məhsullarını və innovativ həllərini təqdim edəcək.
Süleyman