Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Özbəkistan QHT-ləri üçün birgə qrant müsabiqəsi keçiriləcək

Azərbaycan və Özbəkistan QHT-ləri üçün birgə qrant müsabiqəsi keçiriləcək


2025-ci il mayın 22-də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Daşkənddə Özbəkistan Respublikasının Vətəndaş Cəmiyyəti İnstitutlarının Dəstəklənməsi üzrə İctimai Fondun sədri Adham Şadmanov və Özbəkistanın Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxocayev ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub.

Daha sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Özbəkistan Respublikasının Vətəndaş Cəmiyyəti İnstitutlarının Dəstəklənməsi üzrə İctimai Fondu arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Aygün Əliyeva və Adham Şadmanov imzalayıblar.

Memoranduma əsasən, yaxın vaxtlarda hər iki qardaş ölkənin qeyri-hökumət təşkilatları üçün birgə qrant müsabiqəsi elan olunacaq.

Süleyman
Xəbəri paylaş