Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il 32 istiqamətə yeni hava marşrutu açılacaq

Bu il 32 istiqamətə yeni hava marşrutu açılacaq


2025-ci ildə Qazaxıstandan 32 istiqamət üzrə yeni beynəlxalq hava marşrutu açılacaq.

Newscenter.az
"Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki. bunlardan 15 şəhər qazaxıstanlılar üçün tamamilə yeni istiqamətlər olacaq. Bunlar Münhen, Budapeşt, Şanxay, Quançjou və s. Qeyd edilib ki, 15 şəhərin əksəriyyətində Qazaxıstan aviaşirkətləri xidmət göstərir.

Bundan başqa rəsmi Astana yeni Boeing və Airbus təyyarələri də sifariş edib. Bunlar Qazaxıstanın daxili bazarı üçün nəzərdə tutulan təyyarələrdir.

Anar Əliyev
Xəbəri paylaş