
Özbəkistan vasitəsilə Əfqanıstana yükdaşımaların həcmi artıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə “Belarus – Rusiya – Qazaxıstan – Özbəkistan – Əfqanıstan – Pakistan” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə işçi qrupunun iclasında bildirilib.
2024-cü ilin sonunda Trans-Əfqan marşrutu ilə yükdaşımaların həcmi 5 milyon tonu keçib. O cümlədən Özbəkistan vasitəsilə xarici ölkələrdən Əfqanıstana tranzit yüklər 3 milyon ton təşkil edib.
Bundan başqa, Əfqanıstan vasitəsilə Qırğızıstan, Tacikistan, Gürcüstan, Hollandiya, Türkiyə, Çin, Səudiyyə Ərəbistanı kimi ölkələrə 500 min tona yaxın tranzit yük daşınıb.
Cavid İmaməliyev