Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rumıniya Ukraynaya canlı qüvvə göndərməyəcək

Rumıniya Ukraynaya canlı qüvvə göndərməyəcək


Rumıniya Ukraynaya canlı qüvvə, ordu göndərmək niyyətində deyil.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rumıniya prezidenti səlahiyyətlərini icra edən İlie Bolojan deyib.

Bolojanın milli təhlükəsizlik üzrə müşaviri Kristian Diakonesku qeyd edib ki, sosial şəbəkələrdə səhvən prezident səlahiyyətlərini icra edən şəxsin adından açıqlama yayılıb.

“Rumıniya prezidentinin səlahiyyətlərini icra edən şəxs heç bir kontekstdə, rəsmi və ya qeyri-rəsmi görüşlərdə, ölkəmizin Ukraynaya Rumıniya qoşunlarını göndərməyə hazır olduğunu və ya niyyətində olduğunu bəyan etməyib",-deyə açıqlamada bildirilir.


Mehman Mehdiyev
Xəbəri paylaş