
"Tarixi Zəfərimizdən sonra Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir. İkitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan roluna, möhkəmlənən mövqeyinə işıq salır. Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələr yüksələn xətlə inkişaf edir".
Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Tural Məmmədov səsləndirib. O deyib ki, təşkilatın əvvəlki tədbirlərində olduğu kimi, bu dəfəki görüş də həm türk dünyası daxilində əməkdaşlıq perspektivlərinin müzakirəsi, həm də beynəlxalq ictimaiyyətə mühüm mesajların çatdırılması baxımından əhəmiyyətli hadisəyə çevrildi:
"2003-cü ildən etibarən cənab İlham Əliyevin dövlət başçısı kimi siyasətində Türk dünyasının birliyinin gücləndirilməsi mühüm yer tutur. Bu gün türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Bu hədəfin reallaşmasında isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəsna rolu var. Möhtərəm Prezident cənab İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türk dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir".
Anar Əliyev