
Qazaxıstanın cənubunda yaxın vaxtlarda xarici kapitalın iştirakı ilə iri istixana komplekslərinin tikintisi üzrə iki layihənin həyata keçirilməsi planlaşdırılır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini Yermek Kenjexanuli məlumat verib.
Onun verdiyi məlumata görə, 2025-ci ildə 2 investisiya sazişi imzalanıb.
Bura Türkiyənin “Alsera” MMC şirkəti tərəfindən Çimkənddə müasir istixana kompleksinin tikintisi layihəsi daxildir. Böyük obyekt 500 hektar ərazidə yerləşəcək. İstehsal gücü ildə 155 min ton pomidor olacaq. Layihəyə sərmayə qoyuluşu 650 milyon dollardır.
Eyni zamanda, 2025-ci ildə 8 investisiya sazişinin bağlanması məsələsi də müzakirə olunur. Onların arasında Polşanın “Fabe Agro” şirkətinin Çimkənddə müasir istixana kompleksinin tikintisi layihəsi də var. Layihənin gücü ildə 36 min ton pomidor və xiyardır. İnvestisiya məbləği 120 milyon dollardır.
Anar Əliyev