Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa liderləri Qazaxıstana gəlir

Avropa liderləri Qazaxıstana gəlir


Bu həftə 4 Avropa ölkəsinin dövlət və hökumət başçısı Qazaxıstana səfər edəcək.

Newscenter.az xəbər verir ki, bu barədə Akorda məlumat yayıb. Bildirilib ki, mayın 28-də Almaniya Federativ Respublikası Bundesratının sədri Anke Relinger Qazaxıstana gələcək.

Eyni tarixdə Şimali Makedoniya prezidenti Qordana Silyanovska-Davkova da Qazaxıstanda işgüzar səfərdə olacaq. Şimali Makedoniya prezidentinin səfəri mayın 29-da başa çatacaq.

Akordanın xəbərinə görə, mayın 28-29-da Xorvatiyanın baş naziri Andrey Plenkoviç də Astanada işgüzar səfərdə olacaq.

Mayın 30-da isə İtaliyanın baş naziri Giorgi Meloni Qazaxıstana səfər edəcək.

Anar Əliyev
Xəbəri paylaş