Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan Pakistanla birgə traktor istehsal edəcək

Özbəkistan Pakistanla birgə traktor istehsal edəcək


Özbəkistan və Pakistan birgə traktorlar və müxtəlif kənd təsərrüfatı texnikası istehsalı barədə razılığa gəliblər. Newscenter.az bildirir ki, bu barədə “Dunya AA” məlumat yayıb.

Özbəkistan səfirliyinin dəstəyi ilə “AgroTech Cluster” MMC-nin nümayəndələrinin Pakistanın Lahor şəhərinə işgüzar səfəri təşkil olunub. Səfər zamanı Pakistanın kənd təsərrüfatı maşınları və traktor istehsalı şirkətləri ilə bir sıra görüşlər və danışıqlar aparılıb.

Özbəkistan nümayəndə heyətinin üzvləri Pakistanın aparıcı traktor şirkətlərinin istehsal gücü və istifadə etdiyi texnologiyalarla tanış olublar. Həmçinin AgroTech Cluster tərəfindən istehsal olunan traktorların və digər kənd təsərrüfatı texnikalarının təqdimatı keçirilib.

Danışıqlar nəticəsində iki ölkənin iqliminə uyğunlaşdırılmış 50-85 at gücünə malik traktorların, o cümlədən digər kənd təsərrüfatı maşınlarının və onlar üçün ehtiyat hissələrinin birgə istehsalının təşviqi və məhsulların maya dəyərinin optimallaşdırılmasına dair razılıqlar əldə olunub.

Anar Əliyev
Xəbəri paylaş