Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin imzaladığı əfv sərəncamı humanizm prinsiplərinin daha bir təzahürüdür

Prezidentin imzaladığı əfv sərəncamı humanizm prinsiplərinin daha bir təzahürüdür


"Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı humanizm prinsiplərinin daha bir təzahürüdür. Həmin sərəncamla 200 şəxs cəzasının çəkilməmiş hissəsindən tam azad edildi, yaxud da azaldıldı. Bu yüzlərlə insana sevinc və inam bəxş etdi".

Bu fikirləri Newscenter.az-a AMİP liderinin köməkçisi Əli Orucov Prezidentin bu gün imzaladığı əfv sərəncamı ilə ağlı fikirlərini bölüşərkən səsləndirib.

Partiya funksioneri daha sonra bildirib:

"İndiyədək 70 belə əfv sərəncamı və 12 aministiya verilib. Düşünürəm ki, əfvə düşmüş keçmiş məhbuslar humanist yanaşmadan müsbət nəticə çıxarıb cəmiyyətə reabilitasiya və tam islah olunaraq faydalı olacaqlar. Ümid edirəm ki, barələrində müxtəlif məhkəmə hökmləri çıxarılan, cəmiyyətə və dövlətə heç bir təhlükə törətməyən şəxslər də prezidentin humanizmliyi sayəsində tezliklə ailələrinə qovuşacaq. Nəzərə almaq lazımdır ki, tərbiyə və cəzaçəkmə müəssisələri heç də həmişə şəxsiyyəti tərbiyələndirmir və islah etmir. Ən yaxşı tərbiyə və islah cəmiyyətin, ailənin özüdür".

Süleyman
Xəbəri paylaş