Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səmərqənd İslam dünyasının mədəniyyət paytaxtına çevrilir

Səmərqənd İslam dünyasının mədəniyyət paytaxtına çevrilir


İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Səlim bin Məhəmməd Əl-Malik Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə görüşüb.

Newscenter.az bildirir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

Söhbət zamanı əməkdaşlığın genişləndirilməsinin vəziyyəti ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. İSESCO tərəfindən həyata keçirilən perspektivli təşəbbüslər, o cümlədən Səmərqənd şəhərinin 2025-ci ildə İslam dünyasının mədəniyyət paytaxtı kimi qeyd olunması xüsusi vurğulanıb.

“İslam dünyasının mədəni irsi: xəttatlıq, musiqi, poeziya və həmrəylik” adlı konfransda yüksək səviyyəli rəsmilərin, o cümlədən İSESKO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin, beynəlxalq təşkilat və qurumların rəhbərlərinin iştirakı vurğulanıb.

Bununla əlaqədar İSESKO-nun baş direktoru doktor Səlim bin Məhəmməd Əl-Malik İSESKO-nun il ərzində respublikamızın müvafiq nazirlik və idarələri ilə birgə təşkil etdiyi zəngin və çoxşaxəli proqramlara, tədbirlərə və təşəbbüslərə diqqət çəkib.

Anar Əliyev
Xəbəri paylaş