Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şahbaz Şərif: İlham Əliyevlə gözəl və sakit Laçın şəhərində görüşməkdən şərəf duydum

Şahbaz Şərif: İlham Əliyevlə gözəl və sakit Laçın şəhərində görüşməkdən şərəf duydum


"Bu gün hörmətli qardaşım, Prezident İlham Əliyevlə gözəl və sakit Laçın şəhərində görüşməkdən şərəf duydum. Son Pakistan-Hindistan münaqişəsində Azərbaycanın göstərdiyi sarsılmaz dəstəyə görə ona təşəkkür etdim".

Newscenter.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif "X"də yazıb.

"Biz Pakistan-Azərbaycan əlaqələrini bütün sahələrdə dərinləşdirmək, regional sülh və tərəqqi naminə birgə işimizi davam etdirmək üçün ümumi əzmimiz olduğunu bir daha təsdiqlədik. Yaşasın Pakistan-Azərbaycan dostluğu!", - o bildirib.
Xəbəri paylaş