Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Mərkəzi (Milli) Banklar Şurasının ilk iclası keçirilib

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Mərkəzi (Milli) Banklar Şurasının ilk iclası keçirilib


Qasım-Jomart Tokayevin sədrliyi ilə Astanada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Mərkəzi (Milli) Banklar Şurasının ilk iclası keçirilib.

Newscenter.az Akorda-ya istinadən xəbər verir ki, Tokayev mövcud kompleks dəyişikliklər çağırışlarla yanaşı, yeni imkanların açıldığını deyib. O bildirib ki, nəqliyyat və logistika, kənd təsərrüfatı, rəqəmsallaşma və maliyyə kimi əsas sahələrdə səylərin əlaqələndirilməsi xüsusilə zəruridir:

"Ölkələrimizin dünya ÜDM-də ümumi payı 2010-cu ildəki 2,4 faizdən 3,1 faizə yüksəlib. Türk Dövlətləri Təşkilatının beynəlxalq ehtiyatları durmadan artır. Bu, regionun makroiqtisadi sabitliyinin artmasından xəbər verir".

Onun sözlərinə görə, yaxın gələcəkdə rəqəmsal aktivlərin, o cümlədən kriptovalyutaların, stabilkoinlərin və tokenləşdirilmiş alətlərin təhlükəsiz dövriyyəsini təmin edəcək yeni qaydaların qəbul edilməsi planlaşdırılır.


Mehman Mehdiyev
Xəbəri paylaş