
Qazaxıstanın Türküstan vilayətində bərbad vəziyyətdə olan dəmir yolu stansiyaları yenilənəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, o cümlədən, “Türküstan”, “Mənkənt”, “Tülkibaş”, “Sarıağaş”, “Temir”, “Arış-2” dəmir yolu stansiyalarında yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.
Hazırda respublikada 125 dəmir yolu stansiyasında yenidənqurma işləri nəzərdə tutulub.
Türküstan dəmir yolu stansiyası tarix və mədəniyyət abidəsi olduğundan elmi-bərpa və müəllif nəzarəti işlərini təsərrüfat idarəetmə hüququ olan “Kazrestavrasiya” Respublika Dövlət Müəssisəsi həyata keçirəcək.
Mehman Mehdiyev