
2025-ci ilin sonunadək dünyada İslam maliyyəsinin həcminin 5,3 trilyon dollara çatacağı gözlənilir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bunu Daşkənddə keçirilən “Digital Uzbekistan” 5-ci Beynəlxalq PLAS forumunda İslam Maliyyəsi və Təkafül Assosiasiyası Şurasının sədri Bəhrom Numanov bildirib.
O deyib ki, 2024-cü ildə İslam banklarının dünya üzrə aktivləri 60 faiz artıb.
Numanovun sözlərinə görə, Mərkəzi Asiyada islam maliyyəsinin həcmi hazırda cəmi 700 milyon dollar və ya qlobal həcmin 0,01 faizini təşkil edir.
"Biz İslam maliyyəsinə alternativ maliyyələşdirmə növü və ənənəvi bankçılığın rəqibi kimi baxmalıyıq. İstənilən şəxs eyni məhsul və xidmətlərdən, əgər onlar üçün əlverişlidirsə, istifadə edə bilər", - deyə Numanov bildirib.
O, həmçinin əlavə edib ki, Mərkəzi Asiyada 18 İslam bankı fəaliyyət göstərir.
Cavid İmaməliyev