Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarixi əhəmiyyətə malik Azərbaycan-Türkiyə-Pakistan zirvə görüşü

Tarixi əhəmiyyətə malik Azərbaycan-Türkiyə-Pakistan zirvə görüşü


Bu gün Laçın Beynəlxalq Hava Limanının açılması və Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan zirvə görüşü bir neçə baxımdan tarixi əhəmiyyətə malikdir.
1. Ümumiyyətlə işğaldan azad edilmiş ərazilərdə 5 ildən qısa müddət ərzində bu qədər ciddi infrastruktur layihələrinin icra olunması (həm də nəzərə almaq lazımdır ki, bu 5 ilin ilk 3 ilində ərazilərimizdə bizə aid olmayan silahlı qruplar qalmaqda davam edirdi), sadəcə 4 ildən qısa müddətdə 3 beynəlxalq hava limanının açılması özü-özlüyündə böyük işdir.

2. Artıq hər bayramda bir böyük layihənin təməlinin qoyulması ya da açılışının reallaşdırılması, bayramlara yeni yanaşmanın göstəricisidir: bayram sadəcə keçmişimizlə qürur duymaq günü deyil, həm də gələcəyimizə töhfə vermək günüdür. Sevindiricidir ki, dövlətimiz bu ənənəni formalaşdırır və bu çərçivədə 28 May günü Laçında bu möhtəşəm görüşün və açılışın keçirilməsi xüsusi məna daşıyır.

3. Bu günkü zirvə görüşünü mahiyyət etibari ilə 2021-ci ilin iyunundakı Şuşa görüşü ilə müqayisə etmək olar. Şuşa Bəyannaməsinin imzalandığı həmin görüş regionda revanşizmə yol verilməyəcəyinin, Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa edəcəyinin, Azərbaycan ərazisindən bütün yad silahlı qüvvələrin çıxarılacağının təminatı olmuşdu.

Bu günkü görüş və üçtərəfli münasibətlərin yeni səviyyəsi regionda Azərbaycanın haqlı olaraq irəli sürdüyü digər məsələlərin (o cümlədən, Zənəzur dəhlizinin açılacağının, Azərbaycanlıların tarixi yurdlarına qaydacağının və s.) də həllini tapacağının təminatıdır.
4. Azərbaycan özü milli və regional səviyyədə, Türkiyə ilə birlikdə regional və qismən qlobal səviyyədə siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə mövqeyini ortaya qoyur və müəyyən nəticələr əldə edir. Amma artıq Azərbaycan-Türkiyə-Pakistan ortaqlığı regional səviyyədə nəticəyönümlülüyü qətiləşdirəcək, qlobal səviyyədə nəticəyönümlülük potensialını artıracaqdır.

Araz Aslanlı, politoloq
Xəbəri paylaş