
Birləşmiş Millətlər Təşkilatı xərclərin azaldılması səyləri çərçivəsində büdcəsini 20 faiz azalda və təxminən 7000 iş yeri bağlaya bilər.
Newscenter.az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə təşkilatdakı mənbə məlumat verib.
Daha əvvəl Reuters BMT-nin daxili sənədinə istinadən xəbər vermişdi ki, Katiblik 3,7 milyard dollarlıq büdcəsini beşdə biri azaltmağa və 6900-ə yaxın işçini işdən çıxarmağa hazırlaşır.
BMT sözçünün müavini Farhan Haq bu xəbərləri təsdiq edə bilməyəcəyini deyib.
Mart ayında Baş katib xərcləri azaltmaq üçün təşkilatın fəaliyyətini yoxlamaq məqsədi daşıyan “UN-80” təşəbbüsünün başladığını elan etdi.
Bu islahat ABŞ-ın büdcəyə töhfəsinin azaldılması, eləcə də Amerika administrasiyasının humanitar layihələrin maliyyələşdirilməsi siyasətinin dəyişməsi ilə bağlıdır.
Cavid İmaməliyev