
"Üç ölkə liderinin, Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin Laçında keçirdiyi görüş dostluğun, qardaşlığın təzahürüdür".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov səsləndirib. Millət vəkili deyib ki, sözügedən zirvə görüşü dostlarımızı sevindirsə də, bəzi gücləri ciddi narahat edib:
"Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçın zirvə görüşündən dərhal sonra Hindistanın verdiyi açıqlama belə deməyə əsas verir".
Vüqar İskəndərov qeyd edib ki, kimin hansı mövqe nümayiş etdirməsindən asılı olmayaraq Türkiyə-Azərbaycan-Pakistan dostluq-qardaşlığı bundan sonra da inkişaf edəcək və yeni-yeni uğurlara imza atacaq.
Süleyman