Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MDB-nin iştirakçısı olan dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının iclası keçirilib

MDB-nin iştirakçısı olan dövlətlərin  Gənclər Parlamentlərarası Assambleyasının iclası keçirilib


Mayın 30-da Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının (MDB GPA) videokonfrans formatında 24-cü iclası keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə MDB GPA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva iştirak edib. O, “Gənclərin sosial problemlərinin həlli - MDB-nin iştirakçısı olan dövlətlərin təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib, Azərbaycanda bu sahədə görülən işlər barədə məlumat verib.

Onlayn iclasda, həmçinin “MDB-yə üzv dövlətlərdə gənclərin iştirakı ilə nəqliyyat infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi”, “2025-ci ildə MDB-yə üzv dövlətlərin gənclərlə iş üzrə əsas layihələri”, “IX Sankt-Peterburq Beynəlxalq Gənclər Əmək Forumunun nəticələri” və digər mövzular üzrə məruzələr dinlənilib.

Süleyman

Xəbəri paylaş