
"Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, dünyaya tanıdılır. Bu günlərdə Laçında Beynəlxalq Hava Limanının açılışının olması və onun istifadəyə verilməsi deyilənlərin sübutudur".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rizvan Nəbiyev səsləndirib. Millət vəkilinin sözlərinə görə, Laçın Beynəlxalq Hava Limanının açılışının əhəmiyyətli tərəflərindən biri də ondan ibarətdir ki, açılış mərasimində qardaş Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi:
"Həmçinin, hava limanının açılışı ərəfəsində Laçında Azərbaycan-Türkiyə-Pakistan zirvə görüşünün keçirilməsi də tarixi hadisə idi. Bu zirvə görüşü üç ölkənin dostluq və qardaşlığının dünyaya çatdırılması idi".
Süleyman