
"Sumqayıt təhsil müəssisələri, xüsusən orta məktəbləri bərbad durumdadır".
Newscenter.az xəbər verir ki, bunu ictimai fəal Rəşad Quliyev deyib. O qeyd edib ki, insanlar övlad oxutdurmaqla yanaşı, müəllimənin doğum günü, 8 mart hədiyyəsi, müəllimlər günü üçün xüsusi hədiyyə kimi bəhanələrlə pul yığılması ilə üzləşirlər və bu strategiyaya son verilmir:
"Nə qədər davam edəcək? Daha nə qədər səs yazısı ortaya çıxmalıdır ki, təhsil naziri səhvlərini etiraf edib, təhsildə korrupsiyaya son qoysun?!
Sumqayıtda 5 nömrəli məktəbin kasıb valideyinlər hər dəfə pul yığılma söhbətindən beziblər. Bu hal Sumqayıtdakı əksər məktəblərdə mövcuddur. Nəzərə alsaq ki, Sumqayıt fəhlə şəhəridir, əksər əhalisi ya orta, ya da ortadan aşağı səviyyədə yaşayanlardır. Belə olan halda insanlar əziyyət çəkirlər. Bu toplumda, uşaqlarda , valideyinlərdə aqressiyanın olmasının səbəbi də belə hadisələrdir. Valideyin utanmamaq, digərindən geri qalmamaq üçün məcbur qalıb borclanır".
Süleyman