
“Məktəbə yol” respublika kampaniyası çərçivəsində Astanada 8500 uşağa məktəb ləvazimatları paylanacaq.
Rəsmi məlumata görə, xeyriyyə aksiyası sentyabrın 30-dək davam edəcək.Kampaniya çərçivəsində çoxuşaqlı, aztəminatlı və kimsəsiz uşaqlara yardım göstəriləcək.
“Məktəb çantası və dəftərxana ləvazimatları şəklində bu yardım havadarlar və sosial tərəfdaşlar hesabına veriləcək”, - deyə amirliyin mütəxəssisləri qeyd edirlər.
Həmçinin şəhər sakinləri də kampaniyada iştirak edə bilərlər. Bunun üçün ticarət mərkəzlərində xüsusi konteynerlər quraşdırılıb. Onlara məktəb ləvazimatları qoya bilərsiniz. Onlar məktəblər və ictimai təşkilatlar vasitəsilə aztəminatlı ailələrə paylanacaq. Konteynerlər Mega Silk Way, Aruzhan, Sarıarka, Raxmet və digər ticarət mərkəzlərində yerləşir.