
Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefonla danışıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, nazirlər arasında baş tutan telefon danışığı zamanı ikitərəfli münasibətlər və regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Türkiyə XİN nazirlər arasında telefon danışığının olduğunu təsdiqləyib. Bildirilib ki, telefon danışığı səmimi atmosferdə və səmərəli şəkildə keçib.
Mehman Mehdiyev