
Özbəkistan hökumətinin qərarı ilə “Elektron dövlət satınalmaları sisteminin operatorları haqqında” əsasnamə təsdiq edilib.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" məlumat yayıb. Bildirilib ki, sənəd elektron dövlət satınalmaları sisteminin operatorunun fəaliyyətinin təşkili, elektron sistemdə məlumat mübadiləsinin aparılması, dövlət satınalmaları ilə bağlı bəzi məlumatların moderatorluğu qaydasını müəyyən edir.
Satınalmaları həyata keçirən dövlət sifarişçilərinin və satınalma prosedurlarında iştirak edən iştirakçıların prosesləri onların elektron dövlət satınalmaları sistemində qeydiyyata alındığı andan həyata keçirilir.
Elektron dövlət satınalmaları sistemində informasiya sistemləri arasında məlumat mübadiləsi informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin tələblərinə uyğun olaraq sertifikatlaşdırılmış vasitələrdən istifadə etməklə qorunan rabitə kanalları vasitəsilə həyata keçirilməlidir.
Eyni zamanda, dövlət satınalmaları sahəsində nəzarəti həyata keçirən orqanlar tərəfindən xüsusi informasiya portalı vasitəsilə operatordan zəruri sənədlərin və məlumatların məsafədən tələb edilməsi mexanizmi yaradılacaq.
Süleyman