Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya Riyaziyyat Olimpiadasında niyə medal qazana bilmədik?

Dünya Riyaziyyat Olimpiadasında niyə medal qazana bilmədik?


Dünya Riyaziyyat Olimpiadasında medal qazana bilməməyimizin əsas səbəbi uşaqlarımızın qabiliyyətsizliyi deyil.

Newscenter.az xəbər verir ki, bunu təhsil eksperti Tural Abbasquliyev deyib. O bildirib ki, problem bizim tədris etdiyimiz riyaziyyatın, beynəlxalq riyaziyyatla tamamilə fərqli yönümlü olmasıdır:

"Məsələn, 9-cu sinifdə oxuyan azərbaycanlı şagird triqonometriya və limit düsturlarını əzbərləməklə məşğuldur. Eyni yaşda amerikalı şagird isə bu kimi tətbiq yönlü sualları həll edir"

Tural Abbasquliyev qeyd edib ki, biz riyaziyyatı öyrədirik, onlar riyaziyyatla düşünməyi öyrədirlər:

"Fərq, nəticə də buradan başlayır".

Süleyman
Xəbəri paylaş