Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan prezidenti Türkmənistana gedir

Özbəkistan prezidenti Türkmənistana gedir



Özbəkistan Prezidenti Şavkat Mirzeyoyev Türkmənistana səfər edəcək.

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Özbəkistan Prezidentinin Türkmənistana səfəri avqustun 4-5-i tarixlərini əhatə edəcək.

Səfər çərçivəsində Şavkat Mirzeyoyev türkmənistanlı həmkarı, eləcə bu ölkənin keçmiş prezidenti, TürkmənistanınXalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhammedovla görüşəcək.

Görüşlərdə Daşkənd ilə Aşqabad arasında əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə ediləcək.

Süleyman
Xəbəri paylaş