Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan və Qazaxıstan “yaşıl dəhliz”in tətbiqini təklif edir

Özbəkistan və Qazaxıstan “yaşıl dəhliz”in tətbiqini təklif edir


Özbəkistan və Qazaxıstan meyvə-tərəvəz və digər tez xarab olan malların daşınması üçün “yaşıl dəhliz” sisteminin tətbiqini təklif edir.

Newscenter.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Dunyo” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Özbəkistanın səfiri Baxtiyor İbrahimov bu məsələni Qazaxıstanın Maliyyə Nazirliyi yanında Dövlət Gəlirləri Komitəsinin sədri Jandos Duysembiyevlə müzakirə edib.

Tərəflər meyvə-tərəvəz və digər tez xarab olan malların daşınmasında rahatlıq yaratmaq, onların sürətli daşınmasını təmin etmək məqsədilə “yaşıl dəhliz” sisteminin tətbiqi perspektivlərini müzakirə ediblər.

Danışıqlar zamanı gömrük prosedurlarının sadələşdirilməsi, gömrük informasiya sistemlərinin inkişafı məsələləri dəmüzakirə olunub, yüklərin daşınması və çatdırılmasında vaxt və maddi xərclərin azaldılması üçün sərhəd-keçid məntəqələrinin uyğunlaşdırılması, müasir logistik mərkəzlərin tikintisi, o cümlədən modernləşdirilməsi məsələləri də nəzərdən keçirilib.

Mehman Mehdiyev
Xəbəri paylaş