Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan xaricdəki deportasiya mərkəzlərində saxlanılan vətəndaşlarını geri qaytaracaq

Özbəkistan xaricdəki deportasiya mərkəzlərində saxlanılan vətəndaşlarını geri qaytaracaq


Müxtəlif ölkələrdə ağır şəraitdə qalmış Özbəkistan vətəndaşlarını öz vətənlərinə qaytarmaq və onları psixoloji, sosial və iqtisadi cəhətdən adaptasiya etmək məqsədilə müvafiq addımlar atılacaq.

Newscenter.az "Sputnik Özbəkistan"az istinadən bildirir ki, bu barədə Miqrasiya Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü münasibətilə iyulun 30-dan avqustun 30-dək “Repatriasiya” adlı xeyriyyə aksiyası keçiriləcək.

İlk növbədə Türkiyə, Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Hindistan, ABŞ və Cənubi Koreyada deportasiya mərkəzlərində saxlanılan qadın və uşaqlar geri qaytarılacaq.

Süleyman
Xəbəri paylaş