Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni virus yayılmaqdadır

Yeni virus yayılmaqdadır


Qərbi Afrika ölkəsi Qanada Mpox virusunun geniş yayılması hallarına rast gəlinir.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, Qana Səhiyyə Xidməti (GHS) bu barədə məlumat yayıb. Bildirilib ki, ölkədə 20 yeni Mpox virusuna yoluxma hadisəsi aşkarlanıb. Beləliklə, may ayından bəri virusa yoluxma hallarının ümumi sayı 302-ə çatıb

Açıqlamada virusun ilk növbədə yoluxmuş şəxslərlə yaxın fiziki təmas yolu ilə yayıldığı qeyd edilib və ictimaiyyəti ayıq olmağa və hər hansı simptomu erkən bildirməyə çağırış edilib.

Qeyd edək ki, Qana hökuməti mayın 19-da bu il ilk dəfə 4 nəfərdə Mpox virusunun aşkar edildiyini və virusdan ilk ölümün iyulun 28-də baş verdiyini açıqlayıb.

Ölkədə virusun yayılmasının qarşısını almaq üçün yüksək riskli qrupları hədəf alan peyvənd kampaniyası davam edir.

Mehman Mehdiyev
Xəbəri paylaş