Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən ay İspaniyada 1060 nəfər istilərdən dünyasını dəyişib

Keçən ay İspaniyada 1060 nəfər istilərdən dünyasını dəyişib


Keçən ay İspaniyada həddindən artıq istilər 1060 nəfərin həyatına son qoyub.

Newscenter.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Avqustun 3-dən İspaniyaya təsir edən yeni isti dalğası ilə bağlı ictimaiyyəti xəbərdar edən Səhiyyə Nazirliyinin açıqlamasında "İyul ayında yüksək temperaturdan 1060 ölüm hadisəsi baş verib. Bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 57 faiz çoxdur. İstilər ölümcüldür və sağlamlıq üçün ciddi risklər yaradır. Bol su için, özünüzü qoruyun",-deyə bildirilib.

İspaniya Meteorologiya İnstitutu (AEMET) avqustun 3-də ölkəyə daxil olan isti dalğasının həftə sonuna qədər davam edəcəyini açıqlayıb.

Ölkənin 17 muxtar icmasından 10-da istilərə və meşə yanğınlarına qarşı ehtiyat tədbirləri görülərək xəbərdarlıq səviyyəsi qaldırılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş