Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Türkmənistanın ən böyük qaz yatağının işlənməsində iştirak etmək niyyətindədir

Qazaxıstan Türkmənistanın ən böyük qaz yatağının işlənməsində iştirak etmək niyyətindədir


Qazaxıstan Türkmənistanın ən böyük qaz yatağı olan "Qalkinış"ın işlənməsində iştirak etmək niyyətindədir.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan və Türkmənistanın işçi görüşündə danışılıb.

Qeyd edək ki, danışıqlar Tokayevin inkişaf etməkdə olan ölkələrlə bağlı BMT-nin üçüncü konfransı çərçivəsində aparılıb.

Görüşdə Türkmənistan tərəfində Türkmənistanın baş nazirinin müavini Batır Amanov və Türkmənistan prezidentinin neft və qaz məsələləri üzrə müşaviri Aşırqulu Begliyev iştirak ediblər. Qazaxıstan nümayəndə heyətinin tərkibinə Qazaxıstan Respublikası Baş nazirinin müavini Qalımjan Koyşibayev, “QazaqGaz NK” SC-nin İdarə Heyətinin sədri Sanjar Jarkeşov, Qazaxıstan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Nurlan Noqayev daxil olub.

Mehman Mehdiyev
Xəbəri paylaş