
İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 61 mini keçib.
Newscenter.az xəbər verir ki, bunu Fələstin Hökumətinin Səhiyyə Nazirliyi açıqlayıb.
Bildirilib ki, İsrail ordusunun 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 61 020 nəfərə çatıb. Təkcə son 24 saat ərzində 87 fələstinli qətlə yetirilib. 644 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yanvarın 19-da razılaşdırılan atəşkəsin dayandırılmasından sonra İsrail ordusunun Qəzzada martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 9519 fələstinlinin öldüyü, 38 min 630 fələstinlinin isə yaralandığı bildirilib.
Anar Əliyev