Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp hakimiyyəti Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında daha çox maraqlıdır

Tramp hakimiyyəti Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında daha çox maraqlıdır


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ilə Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtona dəvət edilməsi, Ağ Ev rəhbəri Donald Tramp tərəfindən hər iki ölkə liderinin qəbul ediləcəyi ilə bağlı yayılan xəbərlər Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasının tezliklə reallaşacağını deməyə əsas verir".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O deyib ki, Bayden administrasiyasından fərqli olaraq Tramp hakimiyyəti Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında daha çox maraqlıdır və bu istiqamətdə ortaya siyasi iradə qoyur:

"Ağ Ev rəhbəri Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff cari ilin mayında Bakıya səfər edərək Prezident İlham Əliyevlə görüşdü.

Müzakirələrin əsas predmetlərindən biri də heç şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasıdır. Ağ Ev administrasiyası bu dəhlizin məhz ABŞ-ın nəzarəti altında olmaq şərtilə açılmasına xüsusi maraq göstərir. Paralel olaraq Ermənistan tərəfi ilə danışıqlar aparılıb. Göründüyü kimi indi Birləşmiş Ştatlar əvvəlkindən daha çox Cənubi Qafqazda qalıcı sülh və sabitlik istəyir. Ona görə də qısa müddətdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maraq göstərir".

Arzuman Muradlı onu da deyib ki, Vaşinqtonun Cənubi Qafqaza olan marağının artmasına səbəb olan əsas amillərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır:

"Yadınızdadırsa, bir müddət əvvəl Birləşmiş Ştatların Zəngəzur dəhlizinin məhz onun nəzarəti altında açılmasına maraqlı olduğunu açıqladı".

Politoloq onu da deyib ki, Vaşinqtonun Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına ciddi cəhdlə maraqlı görünməsi həm siyasi, həm də iqtisadi amillərlə bağlıdır:

"Siyasi amil ondan ibarətdir ki, Ağ Ev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına evsahibliyi etməklə tarixi missiyanı həyata keçirmiş olacaq. Eyni zamanda Cənubi Qafqazda Rusiyadan daha üstün mövqe əldə edəcək. İkincisi, Zəngəzur dəhlizinin onun nəzarəti altında açılması ilə iqtisadi dividentlər əldə edəcək".

Süleyman
Xəbəri paylaş