Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

28 il əvvəl yoxa çıxan şəxsin cəsədi əriyən buzlaqların altından çıxıb

28 il əvvəl yoxa çıxan şəxsin cəsədi əriyən buzlaqların altından çıxıb


Pakistanın şərqindəki Kohistan dağlıq bölgəsində 28 il əvvəl yoxa çıxan kişinin cəsədi əriyən buzlaqda tapılıb.

Newscenter.az xəbər verir ki, bu barədə Pakistan mediası yazıb. Bildirilib ki, cəsədi "Xanımlar Vadisi" kimi tanınan ərazidə yerli çoban aşkar edib.

Cesedin üzərindən tapılan şəxsiyyət vəsiqəsində “Naseeruddin” adı yazılıb. Bu məlumat əsasında polis 1997-ci ildə ərazidə itkin düşən şəxsi tapıb. Bildirilib ki, Nasiruddin qar fırtınası zamanı dərəyə düşərək yoxa çıxıb.

Cəsədi tapan çoban Ömər Xan BBC Urdu-ya "Gördüklərim inanılmaz idi. Cəsəd bütöv idi, paltarı belə cırılmamışdı" deyib.

Bildirilib ki, Nasirəddin evlidir və iki övladı var. Polisin araşdırmaları nəticəsində məlum olub ki, itkin düşən gün o, qardaşı Kathiruddinlə ailə münaqişəsi zəminində evdən çıxıb.

Mehman Mehdiyev
Xəbəri paylaş