Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağ Evin Cənubi Qafqaza baxışları İran və Rusiyadan fərqli olaraq praqmatikdir

Ağ Evin Cənubi Qafqaza baxışları İran və Rusiyadan fərqli olaraq praqmatikdir


"Yayılan məlumatlara görə Azərbaycan və Ermənistan liderləri Birləşmiş Ştatların təşəbbüsü ilə Vaşinqtonda bir araya gəlib sülh sazişini müzakirə edəcəklər. Trampın da bu müzakirələrdə iştirak gözləntiləri var. Son dövrlər ABŞ-ın Cənubi Qafqazda fəallaşması diqqət çəkir. Xüsusən də Zəngəzur dəhlizinin açılması istiqamətində təşəbbüsləri sabitliyin və təhlükəsizliyin tezliklə əldə olunmasına xeyli ümidlər verir".

Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov Vaşinqtonda keçirilməsi nəzərdə tutulan Əliyev-Paşinyan görüşünü şərh edərkən səsləndirib. O deyib ki, Ağ Evin Cənubi Qafqaza baxışları İran və Rusiyadan fərqli olaraq praqmatikdir:

"Moskva hər vəchlə çalışır ki, mövcudluğunu gərginlik üzərində saxlasın və İrəvanın Ankara və Bakı ilə münasibətləri düşmənçilik səviyyəsində qalsın. Təsadüfi deyil ki, Moskva yenidən qızışdırıcı fəaliyyəti artırmaqdadır. Ləğv edilmiş və zibilliyə atılmış separatçı məhfumları diriltməyə çalışır. İran da oxşar siyasət sərgiləməkdədir. Lakin Birləşmiş Ştatlar çox gözəl anlayır ki, Ermənistan-Azərbaycan arasında mormallaşma baş verməsə və sülh sazişi imzalanmasa nə regiona sülh, inkişaf və sabitlik gələcək, nə də Rusiya və İranı buradan tam çıxarmaq mümkün olacaq. Belə olan halda isə ABŞ bu vacib geostrateji regionda maraqlarını istənilən şəkildə təmin edə bilməyəcək".

Əli Orucov hesab edir ki, Tramp Ermənistana sülh prosesini tez yekunlaşdırmaq üçün təzyiq etməli, həmçinin Moskvanın mümkün təxribatlarından sığortalamalıdır:

"Paşinyanın hakimiyyəti zəif və Ermənistana Rusiyanın güclü təsir imkanları güclü olduğundan Paşinyan hakimiyyəti siyasi iradə ortaya qoya bilmir. Risqli qərarlardan çəkinir. Məhz bu baxımdan Ermənistana ABŞ-ın dəstəyi daha çox lazım olacaq. Eynən Bakı üçün müəyyən təminatlar lazımdır".

Süleyman
Xəbəri paylaş