Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana qarşı ədalətsiz mövqe tutmuş erməni lobbisinin nökərləri bir-bir sıradan çıxır

Azərbaycana qarşı ədalətsiz mövqe tutmuş erməni lobbisinin nökərləri bir-bir sıradan çıxır



"Qatı ermənipərəst kimi tanınan və Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən senator Adam Şiffə qarşı cinayət işi başlanıb. Keçmiş Bayden düşərgəsini (Demokratlar Partiyasını) təmsil edən senator Adam Şiff ipoteka fırıldaqlarında şübhəli bilindiyinə görə Merilend ştatının Prokurorluğu ona qarşı cinayət işi açıb. Bu yaxınlarda Amerika Prezidenti Donald Tramp da bu rüşvətxor və fırıldaqçı senatoru sərt şəkildə tənqid etmişdi".

Newscenter.az xəbər verir ki, bunları deyən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynovun sözlərinə görə, uzun illər ərzində Azərbaycana qarşı ədalətsiz mövqe tutmuş erməni lobbisinin nökərləri indi bir-bir sıradan çıxarılır:

"Bundan öncə digər ermənipərəst senator - Robert Menendez korrupsiya və rüşvətxorluqda təqsirli bilinərək, 11 il müddətinə azadlıqdan məhrum olunub".

Süleyman
Xəbəri paylaş