
Dünyada körpələrin yalnız 48%-i ana südü ilə qidalanır.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, bu, ÜST və UNİCEF-in birgə bəyanatda vurğulanıb.
Ümumdünya Ana Südü Həftəsinə həsr olunmuş hesabatda qeyd olunur ki, hazırda altı aydan kiçik körpələrin yalnız 48 faizi yalnız ana südü ilə qidalanır.
Bu, Ümumdünya Səhiyyə Assambleyasının 2030-cu ilə qədər müəyyən etdiyi 60 faiz hədəfindən xeyli aşağıdır.
Qeyd olunur ki, bəzi ölkələrdə qadınların ana südü ilə qidalanması ilə bağlı ixtisaslı tibbi məsləhət almaq imkanı yoxdur. Digərləri isə ana südü ilə qidalanmanın körpələrin və anaların sağlamlığı üçün əhəmiyyətindən xəbərsizdirlər.
Hesabatda qeyd edilir ki, həkimlərin və tibb bacılarının hazırlanması və ixtisasartırma müəssisələrində ana südü ilə qidalanma üzrə təlim proqramları qurmuş ölkələrin sayı 20 faizi ötmür.
Anar Əliyev