Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İndoneziya və Avrasiya İqtisadi Birliyi ticarət sazişi imzalayacaq

İndoneziya və Avrasiya İqtisadi Birliyi ticarət sazişi imzalayacaq


İndoneziya hökuməti və Avrasiya İqtisadi İttifaqı (Aİİ) dekabrda Rusiyada azad ticarət zonasının yaradılması haqqında saziş imzalayacaq.

Newscenter.az “Jakarta Globe” qəzetinə istinadən bildirir ki, bu barədə İndoneziyanın xarici işlər naziri Suqiono məlumat verib. Nazir deyib ki, bu saziş iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır.

Ticarət müqaviləsinə tariflərin azaldılması daxildir, lakin detallar hələ açıqlanmır. Məlumata görə, rüsumların azaldılması 3 milyard dollarlıq ticarətə təsir edəcək. Sənəd qüvvəyə mindikdən sonra yaxın 3-5 ildə iki tərəf arasında ticarət dövriyyəsinin iki dəfə artacağı gözlənilir.

Xatırladaq ki, iyun ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suqiono ilə danışıqlardan sonra İndoneziya ilə Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət sazişinin tezliklə təqdim ediləcəyini bildirmişdi.

Mehman Mehdiyev
Xəbəri paylaş