Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan Belarusun nüvə enerjisi sahəsində təcrübəsini öyrənir

Özbəkistan Belarusun nüvə enerjisi sahəsində təcrübəsini öyrənir


Özbəkistanda ilk atom elektrik stansiyasının tikintisi üzrə irimiqyaslı layihə çərçivəsində “Uzatom” agentliyi Belarus Respublikasının uğurlu təcrübəsinin öyrənilməsinə başlayıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bldirir ki, bu məqsədlə bu il avqustun 5-6-da agentliyin nümayəndə heyəti bu ölkədə səfərdə olub. Nümayəndə heyəti atom elektrik stansiyalarının tikintisi və istismarı sahəsində qabaqcıl təcrübə ilə yaxından tanış olur. Səfər Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin tapşırığına əsasən təşkil edilib.

“Uzatom” agentliyinin direktoru Əzim Əhmədxocayev qeyd edib ki, Belarus təcrübəsi Özbəkistanda nüvə enerjisinin tətbiqi prosesində əsas istiqamətlərdən biri kimi görünür. O qeyd edib ki, ölkənin milli sənaye müəssisələri ilə istehsalat kooperasiyasının uğurla qurulması, tədarükün lokallaşdırılması, Belarus şirkətlərinin layihədə iştirakı Özbəkistan üçün böyük əhəmiyyət kəsb edir. Bu, nüvə enerjisini dəstəkləmək üçün sənaye bazasının formalaşmasına xidmət edəcək.

Süleyman
Xəbəri paylaş