
"İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkianın ölkə daxilində Azərbaycana qarşı yönəlmiş ittihamları sərt şəkildə tənqid etməsi və bəzi radikal qrupların İran-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində atılan addımlara qarşı çıxışlarını qeyri-məsuliyyətli və təhlükəli adlandırması təqdirəlayiq addımdır".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. Onun sözlərinə görə, Məsud Pezeşkianın özünün və oğlunun açıqlamalarından hiss olunur ki, onlar fars-molla rejiminin uzun illər ərzində yürütdüyü anti-Azərbaycan siyasətinin dayandırılmasını, iki ölkə arasında münasibətlərin normallaşdırılmasını istəyirlər:
"Ümid edək ki, Pezeşkian bütün çətinliklərə və risklərə rəğmən molla rejiminin islah edilməsinə nail olmağı bacaracaq".
Süleyman