Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaradağda 34 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarılıb

Qaradağda 34 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarılıb


Qaradağda narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı Mahir Abbasov saxlanılıb. Bu şəxsdən ümumilikdə 34 kiloqram 650 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş