
"ABŞ prezidenti D. Tramp Rusiyanı Vaşinqtonun milli təhlükəsizliyinə və xarici siyasətinə təhdid olduğunu qeyd edən sərəncam imzalayıb. Məhz D. Trampın xüsusi nümayəndəsi Uitkofun V. Putinlə görüşündən sonra bu sərəncam verilib. Görünür, D. Trampın xüsusi nümayəndəsi Uitkofun V. Putinlə danışıqlarında müsbət nəticə əldə edilməyib".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, ABŞ-ın Rusiyaya təzyiqləri Cənubi Qafqaza da təsirsiz ötüşmür:
"Xüsusilə, regionda sülhün və təhlükəsizliyin təmini istiqamətində mühüm addımlar atılır. Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşü bu qəbildəndir".
Süleyman