
"Rusiya Qarabağdan könüllü köçən ermənilərə "Rusiya səninlədir" adı altında 140 ton yardım göndərib. Moskva avqust ayı ərzində Qarabağdan köçən ermənilərə müntəzəm yardımlar edəcək. Göründüyü kimi, Moskva "Rusiya səni unutmayıb"- kimi şüarlarla Qarabağ məsələsini gündəmdə saxlayır və bunu Azərbaycana qarşı təzyiq etmək üçün istifadə edir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, Ermənistan hökuməti Qarabağdan köçən ermənilərə vətəndaşlıq və iş verir:
"Artıq Ermənistan hakimiyyəti Qarabağ erməniləri ifadəsindən imtina edir. Amma, Rusiya bu siyasətindən imtina etmək istəmir. Bununla Ermənistanın daxili siyasətinə qarışır. Rusiya bu addımı ilə Qarabağ ermənilərinin geri qayıtması üçün yeni bir kampaniyaya başlayacaq. Həmçinin Qarabağdan köçən ermənilərin yenidən qondarma hakimiyyətini qurmaği planlaşdırır".
Süleyman