Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir



2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsi davam edir.

Newscenter.az xəbər verir ki, proses ll-lX və Xl siniflər üzrə 5 avqust tarixindən sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir. X siniflər üçün isə 12 avqust saat 11:00-dan yerdəyişmə aktivləşdiriləcək.

Valideynlər bir sıra lisey və gimnaziyalar istisna olmaqla elektron sistemdə sorğu yerləşdirərək müvafiq qaydalar çərçivəsində övladlarının bir təhsil müəssisəsindən digərinə köçürülməsini təmin edə bilərlər.

Yerdəyişmə prosesində istisna təşkil edən lisey və gimnaziyalara qəbul isə imtahanla həyata keçiriləcək. Övladlarının həmin imtahanlarda iştirak etməsini istəyən valideynlər 13 avqust saat 18:00-a qədər sy.edu.az platforması üzərindən qeydiyyatdan keçə bilərlər.

Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş