
Seneqalın Baş naziri Ousmane Sonko prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında bu gün Türkiyəyə səfər edəcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, səfər avqustun 6-11-i tarixlərini əhatə edəcək.
Sabah başlayacaq rəsmi görüşlərdə Türkiyə ilə Seneqal arasında ikitərəfli əlaqələr ətraflı müzakirə olunacaq, strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılan addımlar dəyərləndiriləcək.
Həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində Türkiyə ilə Seneqal arasında müxtəlif sazişlərin imzalanması da nəzərdə tutulur.
Süleyman